top
33 illik vəfa - Onu xilas edən əsgər yoldaşını axtarırdı…
10 dekabr 2025, 16:52
- ↺ +

33 illik vəfa - Onu xilas edən əsgər yoldaşını axtarırdı…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əslən Oğuz rayonunun Xaçmazqışlaq kəndindən olan və hazırda Balaxanı Neft-Qaz Çıxarma İdarəsində işləyən Şərif Kərimov Bizim.Media-ya müraciət edərək, Birinci Qarabağ Müharibəsi zamanı onu ölümdən xilas etmiş qubalı əsgər yoldaşı Rövşəni axtardığını bildirib.

Şərif Kərimov bildirib ki, 1991-ci ildə Bakıda təhsil alıb, daha sonra hərbi xidmətə çağırılaraq Ağdamın Əfətli və Əliağalılar kəndi istiqamətində gedən döyüşlərdə iştirak edib. Birinci Qarabağ Müharibəsinin 2-ci qrup əlili olan Kərimov Fərrux yüksəkliyində ağır yaralananda onu döyüş meydanından çıxarıb xilas edən qubalı əsgər yoldaşı Rövşən olub.

Şərif Kərimov həmin hadisəni belə xatırlayır:
"Vəziyyət çox ağır idi. Hamı məcburən mövqeləri tərk edirdi. Amma Rövşən məni tək buraxmadı. O, öz silahı ilə yanaşı mənim də silah-sursatımı daşıyaraq məni 3 kilometr məsafədə sürüyüb mövqelərimizin olduğu yerə çatdırdı.

Əgər o, məni sürüyüb gətirməsəydi, ya ermənilərə əsir düşəcəkdim, ya da döş qəfəsimdən aldığım yaranın qanaxmasından öləcəkdim. O, məni həm ölümdən, həm də əsirlikdən xilas etdi. Bu 33 ildə yaşadığım hər günə görə ona borcluyam".

Şərif Kərimov bildirir ki, 1992-ci ildə bir neçə dəfə yaralanıb, hospitallarda müalicə aldıqdan sonra 2-ci qrup əlil kimi ordudan tərxis olunub.

Keçmiş döyüşçü axtardığı Rövşəni sonuncu dəfə 1993-cü ilin yanvar ayında gördüyünü deyir.

Onun sözlərinə görə Rövşəni tapmaq üçün 7–8 il əvvəl Qubaya da gedib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində və Quba Əlillər Cəmiyyətində soruşsa da, tanıyan olmayıb.

Şərif Kərimov deyir ki, Rövşənin yalnız adını xatırlayır — nə soyadını, nə də Qubada hansı ünvanda yaşadığını bilir. Şərif Kərimov onu ölümdən xilas edən və 32 ildir görmədiyi əsgər yoldaşı ilə yenidən görüşməyi, ailəsinə tanıtmağı çox istəyir.
 
Məlumata görə, 1973-cü il təvəllüdlü Rövşən Piri oğlu Şükürov 1992-ci ildə Bakıda Dəniz piyadaçıları hərbi hissəsində qulluq edib, Qarabağ müharibəsində iştirak edib və Ağdərədə yaralanıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Bu gün, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Oxşar xəbərlər