top
25 ildir qayıq hazırlayan Şimalın yeganə ustası
03 dekabr 2025, 15:20
- ↺ +

25 ildir qayıq hazırlayan Şimalın yeganə ustası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şimal bölgəsində qayıq düzəldən yeganə usta şabranlı Rüstəm Məhərrəmovdur.

Azərtac-ın məlumatına görə, 43 yaşlı Rüstəm usta 25 ilə yaxındır müxtəlif ölçülü qayıqlar düzəldir. O, bölgədə taxta qayıq istehsalı ilə məşğul olan peşəkar kimi tanınır. R.Məhərrəmovun emalatxanası Şabran şəhərində yerləşir.

Sənətkarlığı atasından öyrənən Rüstəm usta deyir ki, bu iş ona ailəsindən miras qalıb:

"Gözümü açandan bu işin içində olmuşam. Həyətimizdə atam, əmim, rəhmətlik dayım qayıq hazırlayıblar. Mən uşaq vaxtı əyri mıxları düzəldir, sonra da yavaş-yavaş sənəti öyrənirdim. İndi bu ənənəni yalnız mən davam etdirirəm".

Onun sözlərinə görə, atası Feyruz usta bölgədə ən tanınmış sənətkarlardan biridir. Təxminən 35 il bu işlə məşğul olub. Yaşla əlaqədar artıq işləyə bilmir.

Usta bildirir ki, qayıq sifariş edildikdən sonra proses düzgün taxtanın seçilməsi ilə başlayır. Əsasən quru və düyünsüz şam ağacının taxtasından istifadə olunur. Keyfiyyətli yapışdırıcı, bolt və şruplar isə istehsalın ayrılmaz hissəsidir. İlk mərhələdə dayaq konstruksiyası – ustaların "qayığın qabırğaları" adlandırdığı hissə hazırlanır. Daha sonra həmin konstruksiya üzərində gövdənin yan və alt hissələri yığılır. Qayıqların ölçüləri təyinatına görə dövlət qurumlarının müəyyənləşdirdiyi standartlara uyğun olmalıdır. Balıqçılıq üçün başqa, göldə gəzinti üçün başqa ölçülər tətbiq edilir.

"Bu günə qədər hazırladığı qayıqların dəqiq sayını bilmirəm. Amma təxminən 25 ildə 500-ə yaxın qayıq hazırlamışam. Əvvəllər balıqçı qayıqları sifarişləri çox olardı. Bir vaxtlar ildə 50-yə qədər qayıq hazırlanırdısa, indi bu rəqəm xeyli azalıb. İl ərzində cəmi 3–4 sifariş olur. Son illər daha çox gəzinti üçün yüngül konstruksiyalı qayıqlar sifariş edilir. İstirahət məkanları üçün çardaqlı, içərisində yemək stolu olan gəzinti qayıqları hazırlamışam. Ətraf rayonlarda göl kənarında yerləşən turizm məkanlarından sifarişlərim olub", - deyə R.Məhərrəmov söyləyib.

Hazırda emalatxanada uzunluğu 4 metrdən 10 metrə qədər olan müxtəlif tip qayıqlar hazırlanır. Usta deyir ki, emalatxana geniş olsa, daha böyük – yaxta tipli qayıqlar da yığa bilər. İndi üzərində çalışdığı qayıq 5,5 metr uzunluğa, 2 metr enə malikdir. Bu qayıq göldə qarmaqla balıq tutmaq və ya gəzinti üçün nəzərdə tutulub.

"Əvvəllər 10 metrlik böyük balıqçı qayıqları hazırlayırdıq. Həmin qayıqlara güclü matorlar quraşdırılır ki, bu da dənizdə uzaq məsafələrə üzmək üçün nəzərdə tutulur. Amma indi böyük qayıq sifarişləri yoxdur. Axırıncı dəfə 10 metrlik qayıq 5-6 il əvvəl hazırlamışam. Yeni qayıq hazırlamaqla yanaşı, təmir işlərini də görürəm. Köhnə qayıqların təmiri üçün tez-tez müraciət alıram", - deyə usta bildirib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər