top
İsmayıllıdan Yaponiyaya uzanan qardaşlıq
16 fevral 2026, 18:07
- ↺ +

İsmayıllıdan Yaponiyaya uzanan qardaşlıq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2026-cı ilin 9–13 fevral tarixlərində Azərbaycan Respublikasının İsmayıllı Rayonunun İcra Hakimiyyətinin başçısı  Nahid Bağırov, İsmayıllı şəhəri ilə qardaşlıq münasibətləri olan Yaponiyanın Şizuoka prefekturasının İto şəhərinin dəvəti əsasında Yaponiyada rəsmi səfərdə olub.

Səfər çərçivəsində 11–12 fevral tarixlərində icra başçısı Nahid Bağırov Azərbaycan Respublikasının Yaponiyadakı Səfiri Fərid Talıbovun müşayiəti ilə İto şəhərinə səfər edib, burada İto şəhərinin meri Kazuya Suqimoto tərəfindən yüksək səviyyədə və səmimi qonaqpərvərliklə qəbul olunub.

Görüş zamanı Azərbaycan Respublikası ilə Yaponiya arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri, İsmayıllı rayonu ilə İto şəhəri arasında formalaşmış uzunmüddətli qardaşlaşma əlaqələrinin tarixi, əvvəlki dövrlərdə həyata keçirilmiş birgə layihələr və bu münasibətlərin gələcəkdə daha da dərinləşdirilməsi imkanları ətrafında geniş və ətraflı fikir mübadiləsi aparılıb. Xüsusilə regionlararası əməkdaşlıq çərçivəsində iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Müzakirə edilmiş əsas məsələlərdən biri İto şəhəri ilə İsmayıllı rayonu arasında 2014–2020-ci illərdə uğurla həyata keçirilmiş qarşılıqlı şagird və müəllim qonaqlama (homestay) və mübadilə proqramlarının bərpa olunması olub. Bildirilib ki, pandemiya dövründə müvəqqəti olaraq dayandırılmış bu proqramlar gənclər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, mədəniyyətlərin tanıdılması və uzunmüddətli humanitar əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.

İsmayıllı rayonu ilə İto şəhəri arasında əməkdaşlığın əsası 2009-cu ildə İsmayıllı şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında salınmış "Yapon bağı" layihəsi ilə qoyulub, bu təşəbbüs iki region arasında qarşılıqlı etimadın və mədəni yaxınlığın rəmzinə çevrilib. 2013-cü ildə isə İto şəhərində imzalanmış rəsmi sənəd Azərbaycan və Yaponiya regionları arasında ilk rəsmi "qardaşlaşma" sazişi kimi tarixə düşüb.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər