Ağsu şəhərində ər-arvad arasında başlayan mübahisəyə müdaxilə edən qadının anası kürəkəni ilə münaqişə yaşayıb.
Hadisə zamanı 40 yaşlı İslam Azadov həyat yoldaşı ilə mübahisə edib.
Qadının anası qızını öz evinə aparmaq üçün hadisə yerinə gəlib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Qayınana kürəkəninin avtomobilinə bir neçə dəfə təpik vuraraq onu zədələyib.
Bundan əsəbiləşən İ.Azadov qayınanasını yumruqla vurub.
Faktla bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmədə tərəflər barışdığından işə xitam verilib.
Mənbə: Oxu.az