top
Yağış Qubanın alma bağlarını vurdu: fermerlər böyük zərərlə üz-üzə
Bu gün, 14:28
- ↺ +

Yağış Qubanın alma bağlarını vurdu: fermerlər böyük zərərlə üz-üzə

Yağıntılı hava şəraiti Qubadakı alma bağlarında həm məhsuldarlığın, həm də meyvənin keyfiyyətinin aşağı düşməsinə səbəb olub.

Artıq alma yığımı başlayıb. Fermerlərin sözlərinə görə, tədarük əvvəlki illərlə müqayisədə xeyli qısa çəkir.

Fermerlər bildirirlər ki, bu il eləcə də müxtəlif xəstəliklər yayılıb. Nəticədə həm ağaclardan toplanan məhsulun miqdarı azalıb, həm də meyvənin böyük hissəsi keyfiyyətini itirib.

Sahibkarlardan biri deyib ki, 1,5 hektarlıq bağında bu il 14-15 dəfə dərmanlama aparıb. Buna baxmayaraq, əvvəlki illərdə 10-11 min manat civarında olan xərclərin qarşılığını bu mövsüm əldə etmək mümkün olmayıb.

Onun sözlərinə görə, ötən il həmin sahədən təxminən 16 ton məhsul götürülüb. Bu il isə məhsulun cəmi 6 ton civarında olacağı gözlənilir. Fermer bu vəziyyətin nəticəsində təxminən 7-8 min manat zərər etdiyini bildirib.

Digər təsərrüfat sahibləri də meyvənin satış qiymətindən narazıdırlar. Bildirilir ki, keyfiyyətinə görə aşağı kateqoriyaya aid edilən almaları emal müəssisələri çox aşağı qiymətə qəbul edir.

Mütəxəssisin sözlərinə görə, əlverişsiz hava şəraiti nəticəsində alma bağlarında məhsuldarlıq nisbətən aşağı düşüb. Meyvələrin təxminən 60-70 faizinin dəmgil və digər göbələk xəstəliklərinə yoluxduğu bildirilir.

Bu səbəbdən fermerlərə yığım başa çatdıqdan sonra bağlarda payız-qış becərmə işlərinə diqqət yetirməyi tövsiyə edilir. Eləcə də budama və qış müalicəsi düzgün aparılmalıdır ki, növbəti mövsümdə məhsuldarlıq və meyvənin keyfiyyəti yüksəlsin.

Həmçinin bağların sığortalanmasının məqsədəuyğun olduğu qeyd olunub.


Mənbə: Baku TV

Son xəbərlər

Hadisə
Bu gün, 15:33

Quba-Xaçmaz yolunda ağır qəza: Xəsarət alanlar var – VİDEO

Kriminal
Bu gün, 13:20

Xaçmazda qayınatasını yumruqla öldürən şikayətçidir

Cəmiyyət
Bu gün, 12:29

Oğuzda keçmiş ər-arvad bir-birini döyüb

İdman
Bu gün, 11:44

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazanıb

Cəmiyyət
Bu gün, 10:50

Köhnə Xudatda işıqfor ləngimə yaradır – VİDEO

Hadisə
Bu gün, 10:01

İsmayıllıda 29 yaşlı gənc bıçaqlanıb

Cəmiyyət
Bu gün, 09:37

Quba-Xaçmaz yolunda məktəblilər üçün təhlükəsizlik artırılmalıdır – VİDEO

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 11-ci günü – XRONİKA

Cəmiyyət
Dünən, 18:00

124 yaşlı Xaçmaz Dəmiryol Vağzalı əsaslı təmir olunub

İdman
Dünən, 17:58

"Şahdağ Qusar"ın direktoruna töhmət verilib

Hadisə
Dünən, 17:00

Xaçmazda avtomobil iki məktəblini vurub

Cəmiyyət
Dünən, 17:00

Qəbələdə Azərbaycan – Yaponiya oyunu 0:0 - YENİLƏNİB

Cəmiyyət
Dünən, 16:53

Quba-Xaçmaz yolunda məktəblilər üçün təhlükəsizlik artırılmalıdır – VİDEO

Cəmiyyət
Dünən, 15:33

TƏBİB-in İcraçı direktoru Qubada sakinlərlə görüşəcək

Hadisə
Dünən, 15:00

Qayınana kürəkənin maşınına təpik atdı, cavabında yumruq "yedi"

Cəmiyyət
Dünən, 14:44

Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 12:54

60 min sakin Xudat xəstəxanasının acınacaqlı mənzərəsindən danışır – VİDEO

Kriminal
Dünən, 12:05

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Dünən, 11:11

FHN Xaçmazda yeni xilasetmə məntəqələri yaradacaq

İdman
Dünən, 10:54

Qəbələdə futbol həyəcanı: Azərbaycan Yaponiyaya qarşı

Hadisə
Dünən, 10:44

Qaxda yol qəzası: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Hadisə
Dünən, 10:25

Quba sakini dəm qazından ölüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 10-cu günü – XRONİKA

Oxşar xəbərlər