Xaçmaz şəhərində velosiped sürən 14 və 16 yaşlı iki yeniyetmə müxtəlif xəsarətlər alıb.
Hadisə Xaçmaz şəhərinin Dağıstan küçəsində qeydə alınıb.
"Opel" markalı minik avtomobili velosiped sürən iki məktəblini vurub. Onlar müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: Report.az