AFFA İntizam Komitəsi futbolla bağlı sənədlərdə səhlənkarlığa yol verdiyinə görə klubun idman direktorunu cəzalandırıb.
Shimal.News xəbər verir ki, qərara görə, Azərbaycan I Liqasında çıxış edən "Şahdağ Qusar"ın idman direktoru Məhəmməd Bədəlbəyliyə töhmət verilib.
Səbəb kimi isə futbolla bağlı sənədlərin hazırlanması zamanı səhlənkarlığa yol verdiyi göstərilir.
Qeyd edək ki, "Şahdağ Qusar" 9 xalla Azərbaycan I Liqasının turnir cədvəlinə başçılıq edir.