top
60 min sakin Xudat xəstəxanasının acınacaqlı mənzərəsindən danışır – VİDEO
Video
Bu gün, 12:54
- ↺ +

60 min sakin Xudat xəstəxanasının acınacaqlı mənzərəsindən danışır – VİDEO

Xaçmazın Xudat şəhərində əhaliyə xidmət göstərən tibb müəssisəsində illərdir davam edən təmir işləri başa çatmayıb, ərazidə isə ciddi çatışmazlıqlar qalır.

Shimal.News xəbər verir ki, hazırda Ailə Sağlamlıq Mərkəzi və Təcili Tibbi Yardım bölməsi kimi fəaliyyət göstərən tibb müəssisəsinin binaları və həyəti baxımsız vəziyyətdədir.

Ərazidə sınıq pəncərə şüşələri, divarlardan sallanan açıq elektrik naqilləri, gölməçələr və köhnəlmiş infrastruktur diqqət çəkir. Həyətdə yerləşən sanitar qovşağının qapısında isə "Ayaqyolu işləmir" yazısı vurulub.

Sakinlər tibbi xidmətlərin belə şəraitdə göstərilməsindən narazılıq edirlər.

1958-ci ildə inşa olunan ikimərtəbəli binalarda əsaslı təmirə 2023-cü ilin noyabrında başlanılıb. İşlərin 6 ay ərzində yekunlaşdırılaraq müəssisənin tam istifadəyə verilməsi nəzərdə tutulsa da, təmir prosesi başa çatmayıb.

Tibb müəssisəsi Xudat şəhəri ilə yanaşı, ətraf kəndlərin sakinlərinə də xidmət göstərir. Bildirilir ki, ümumilikdə təxminən 60 min nəfər bu tibb müəssisəsinin xidmətlərindən yararlanır.

Təmir-bərpa işləri TƏBİB-in sifarişi ilə həyata keçirilir. Sakinlər işlərin nə zaman yekunlaşdırılacağı və müəssisənin tam fəaliyyətə başlayacağı ilə bağlı aidiyyəti qurumlardan açıqlama gözləyirlər.

 

Son xəbərlər

Kriminal
Bu gün, 12:05

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Bu gün, 11:11

FHN Xaçmazda yeni xilasetmə məntəqələri yaradacaq

İdman
Bu gün, 10:54

Qəbələdə futbol həyəcanı: Azərbaycan Yaponiyaya qarşı

Hadisə
Bu gün, 10:44

Qaxda yol qəzası: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Hadisə
Bu gün, 10:25

Quba sakini dəm qazından ölüb

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 10-cu günü – XRONİKA

Cəmiyyət
Dünən, 17:14

Şabran şəhərinin mərkəzi və natəmizlik – VİDEO

Cəmiyyət
Dünən, 15:45

Şabranda qazın verilişi müvəqqəti dayandırılacaq

Hadisə
Dünən, 15:10

Siyəzəndə narkotacirlərə qarşı ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı

Cəmiyyət
Dünən, 14:10

Bir müəllim, iki sinif: Qaxda 1-ci və 3-cü siniflər birləşdirildi

Cəmiyyət
Dünən, 13:27

Nakam eşq, Qubadan səhnəyə uzanan yol: Əməkdar artistin doğum günüdür

Cəmiyyət
Dünən, 12:40

Şəkidə Qudula kəndini yenidən su basıb – sakinlər kömək istəyir

Cəmiyyət
Dünən, 11:30

Şimalın şəhid müəllimləri – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Dünən, 10:40

Şimalda təhsil işçiləri təltif edili

Cəmiyyət
Dünən, 10:02

Qusarlı Prezident mükafatçısı Sərxan Ağadadaşov evlənib

Cəmiyyət
Dünən, 09:20

Oğuzlu şəhidin oğlu: "Atamla qürur duyuram"

Cəmiyyət
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 9-cu günü: XRONİKA

Bütün xəbərlər
04 oktyabr 2026, 14:33

Qubada avtomobilin vurduğu məktəbli Bakıda vəfat edib

Hadisə
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
04 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Cəmiyyət
03 oktyabr 2026, 18:00

Qaxda yağış yağanda küçə suya qərq olur

Oxşar xəbərlər