Qax şəhərində gecə saatlarında baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Shimal.News xəbər verir ki, hadisə saat 02:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.
Məlumata görə, sürücü Kamran Məmmədovun idarə etdiyi "Opel Astra" markalı avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra divara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan 17 yaşlı Elcan Muxtarov həyatını itirib. Sürücü avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.
Digər sərnişinlər – 16 yaşlı Ziyad Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb.