Qubanın Zərdabi qəsəbəsi ərazisində iki avtomobilin toqquşması nəticəsində bir nəfər hadisə yerində həyatını itirib, daha bir nəfər ağır xəsarət alıb.
15:33
Qubanın Zərdabi qəsəbəsi ərazisində iki avtomobil toqquşub. Ağır xəsarət alanların olduğu bildirilir.
Shimal.News xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunda baş verib.
İlkin məlumata görə, "VAZ-2106" və "Toyota Prado" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu qeyd olunur.
Əraziyə təcili tibbi yardım avtomobilləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.