top
Vətən müharibəsinin 32-ci günü: XRONİKA
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 32-ci günü: XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi.

Bu gün tarixə haqq savaşımızın 32-ci günü kimi daxil olub.

28 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib.

Eləcə də döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir "Osa" zenit raket kompleksi, üç BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, altı D-30, beş D-20 və bir D-44 topu, iki 2A36 "Qiasint-B" topu, bir minaatan, bir "Konkurs" tank əleyhinə raket kompleksi və altı avtomobil texnikası sıradan çıxarılıb.

Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib. Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi sentyabrın 27-dən oktyabrın 28-i saat 11:00-dək ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər xəsarət alıb, 2338 ev, 92 çoxmənzilli yaşayış binası və 415 mülki obyekt yararsız vəziyyətə düşüb.

Son xəbərlər

Hadisə
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

İdman
Dünən, 18:30

Qusar yetirməsi birinci oldu

Cəmiyyət
Dünən, 17:55

Qubalı Vətən müharibəsi şəhidinin doğum günüdür

Hadisə
Dünən, 17:28

Zaqatalalı iki uşaq atası Rusiya-Ukrayna müharibəsində həlak oldu

Faydalı
Dünən, 17:21

Qusarda 466 hektar meyvə bağı mərmər bağacığına qarşı dərmanlanıb

İdman
Dünən, 16:41

Şimal bölgəsinin iki komandası Azərbaycan Kuboku ilə vidalaşdı

Cəmiyyət
Dünən, 16:28

Avtomobildə telefon istifadəsinə görə kamera ilə cərimə yazılacaq

Siyasət
Dünən, 16:21

Siyəzənin icra başçısından təyinat

Cəmiyyət
Dünən, 16:05

Qubalı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə dərzi sexi açıb

İqtisadiyyat
Dünən, 15:20

Qəbələdə 17,5 milyon kubmetrlik su anbarı tikilir

Hadisə
Dünən, 14:52

Siyəzəndə qadının qətlə yetirilməsinin yeni detalları - YENİLƏNİB

Cəmiyyət
Dünən, 14:15

Quba-Xaçmaz bölgəsində müəllimlər üçün vakansiya

Faydalı
Dünən, 13:35

Qaxda satıcısız köşk - "Biz sizə güvənirik!"

Cəmiyyət
Dünən, 12:48

Qubada marketlərdən birində ƏDV geri qaytarılmır - İDDİA

Cəmiyyət
Dünən, 11:43

Dövlət qurumları noyabrda Şimal rayonlarında qəbullar keçirəcək

Cəmiyyət
Dünən, 11:11

Şəkidə iki şəhid ailəsi ziyarət edilib

Cəmiyyət
Dünən, 10:39

Xaçmazın sonuncu təbii bulağı təhlükədədir – VİDEO

Hadisə
Dünən, 09:30

Zaqatalada itkin düşən kişinin ailəsi çarəsizdir: "Atamızdan nə bir iz var, nə də xəbər"

Hadisə
Dünən, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
26 oktyabr 2026, 18:00

Qusarlı veteran cüdoçu: "12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam"

Cəmiyyət
26 oktyabr 2026, 17:54

Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonaları təsdiq edilib

Cəmiyyət
26 oktyabr 2026, 17:11

Muğanlı–İsmayıllı yolundakı körpüdə tikinti davam edir

Oxşar xəbərlər