Şabran şəhərinin Rəşid Behbudov küçəsindəki çuxurların dərinliyinin 50 santimetrə çatdığı bildirilir.
Shimal.News xəbər verir ki, asfalt örtüyündə iki böyük çöküntü yaranıb. Çuxurların uzunluğu 5–6 metrə çatır.
Yolun qəzalı hissəsinin döngəyə döngəyə yaxın yerləşməsi və küçənin gecələr işıqlandırılmaması sürücülər üçün təhlükə yaradır.
Sakinlər aidiyyəti qurumları yolun təmirinə və təhlükəsizliyin təmin olunmasına çağırırlar.