Zaqatala rayonunda 4 otaqlı evdə yanğın hadisəsi baş verib.
Hadisə bu gün, 28 oktyabr günorta saatlarında rayonun Muxax kəndində qeydə alınıb.
Kənd sakini Mübariz İsayevə məxsus 4 otaqlı fərdi yaşayış evində baş verən yanğın nəticəsində dam örtüyünün 60 kvadratmetrlik sahəsi və bir otağın 30 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Lent.аz