Qusar bələdiyyəsinin sədr müavini Zalikə Nürəddin qızı Qayıbxanovanın 75 illik yubileyi münasibətilə görüş keçirilib.
Shimal.News xəbər verir ki, Zalikə Qayıbxanova milli-mədəni irsin qorunmasına və xalçaçılıq ənənələrinin yaşadılmasına verdiyi töhfələrə görə fəxri fərmanla təltif edilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Ceyhun Hacıyev, qurumun digər məsul şəxsləri, bələdiyyə sədri və əməkdaşları iştirak ediblər. Yubilyara rayon rəhbərinin təbrikləri çatdırılıb, ona möhkəm cansağlığı və uzun ömür arzulanıb.
Ceyhun Hacıyev Zalikə Qayıbxanovanın mədəniyyət sahəsində uzunillik fəaliyyətini, xalçaçılıq ənənələrinin qorunmasına və milli-mədəni irsin inkişafına verdiyi töhfələri vurğulayıb.
Sonda Zalikə Qayıbxanova 75 illik yubileyi və səmərəli fəaliyyətinə görə Qusar Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif olunub