Bu gün şəhid İsmayıl Məmmədovun doğum günüdür.
İsmayıl Fazil oğlu Məmmədov 2001-ci il oktyabrın 27-də Quba rayonunun Yerfi kəndində anadan olub.
O, 2019-cu il oktyabrın 30-da həqiqi hərbi xidmətə çağırılıb. İsmayıl Məmmədov 2020-ci il oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı aldığı qəlpə yarasından şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları, eləcə də 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.