top
Vətən müharibəsinin 9-cu günü: XRONİKA
Dünən, 00:01
- ↺ +

Vətən müharibəsinin 9-cu günü: XRONİKA

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Shimal.News Vətən müharibəsinin 9-cu gününün xronikasını təqdim edir:

• Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

• Prezident İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibə verib.

• Qoşunlarımızın zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdərə istiqamətində 62-ci artilleriya alayının 2, 41-ci artilleriya alayının 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 63-cü tank taborunun daha 3 tankı məhv edilib. Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan ordusunun atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və texnikalarının fotoşəkillərini yayıb.

• Aprel döyüşlərində düşmənin 6 tankını məhv etdiyinə görə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin başlanmasından bəri Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.

• Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.

• Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 5 oktyabr saat 16:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.

Son xəbərlər

Hadisə
Bu gün, 10:44

Qaxda yol qəzası: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Hadisə
Bu gün, 10:25

Quba sakini dəm qazından ölüb

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 10-cu günü – XRONİKA

Cəmiyyət
Dünən, 17:14

Şabran şəhərinin mərkəzi və natəmizlik – VİDEO

Cəmiyyət
Dünən, 15:45

Şabranda qazın verilişi müvəqqəti dayandırılacaq

Hadisə
Dünən, 15:10

Siyəzəndə narkotacirlərə qarşı ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı

Cəmiyyət
Dünən, 14:10

Bir müəllim, iki sinif: Qaxda 1-ci və 3-cü siniflər birləşdirildi

Cəmiyyət
Dünən, 13:27

Nakam eşq, Qubadan səhnəyə uzanan yol: Əməkdar artistin doğum günüdür

Cəmiyyət
Dünən, 12:40

Şəkidə Qudula kəndini yenidən su basıb – sakinlər kömək istəyir

Cəmiyyət
Dünən, 11:30

Şimalın şəhid müəllimləri – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Dünən, 10:40

Şimalda təhsil işçiləri təltif edili

Cəmiyyət
Dünən, 10:02

Qusarlı Prezident mükafatçısı Sərxan Ağadadaşov evlənib

Cəmiyyət
Dünən, 09:20

Oğuzlu şəhidin oğlu: "Atamla qürur duyuram"

Cəmiyyət
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
04 oktyabr 2026, 14:33

Qubada avtomobilin vurduğu məktəbli Bakıda vəfat edib

Hadisə
04 oktyabr 2026, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
04 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Cəmiyyət
03 oktyabr 2026, 18:00

Qaxda yağış yağanda küçə suya qərq olur

Hadisə
03 oktyabr 2026, 17:00

Xaçmazda dam söküldü, mənzil su altında qaldı -"Allahın işidir" deyib məsuliyyətdən yayındılar

Cəmiyyət
03 oktyabr 2026, 16:00

Güclü yağışların Zaqatalada yaratdığı problemlərlə bağlı tədbir görülür

Hadisə
03 oktyabr 2026, 15:00

Quba-Xınalıq yolunda sürüşmə: hərəkət dayandı

Hadisə
03 oktyabr 2026, 14:26

Şimalda körpülərin acı mənzərəsi: təhlükə və gecikən müdaxilələr

Oxşar xəbərlər