top
Şabran şəhərinin mərkəzi və natəmizlik – VİDEO
Video
Bu gün, 17:14
- ↺ +

Şabran şəhərinin mərkəzi və natəmizlik – VİDEO

Şabranın mərkəzi küçələrində məişət tullantılarının vaxtında daşınmaması nəticəsində zibil qalaqları yaranıb.

Shimal.News xəbər verir ki, Heydər Əliyev prospekti, Nizami Gəncəvi, Babək, Təbriz, Məhəmməd Hüseyn Şəhriyar və digər küçələrdə antisanitar vəziyyət yaranıb.

Küçələrdə yerləşdirilən zibil qablarının ətrafında məişət tullantıları toplanıb, bəzi yerlərdə isə zibillər ətrafa səpələnərək geniş əraziləri əhatə edib. Tullantıların çox olduğu bəzi sahələrdə zibil qablarının özünü görmək belə çətinləşib.

Ərazidə plastik qablar, sellofan paketlər, karton qutular və digər məişət tullantıları ilə yanaşı, heyvanların da zibil qalaqları arasında qidalandığı müşahidə olunur. İnək, qaz və sahibsiz itlərin tullantıların arasında olması vəziyyətin yalnız estetik problem olmadığını göstərir.

Sakinlərin sözlərinə görə, tullantıların uzun müddət ərazidən götürülməməsi şəhərin mərkəzində ciddi narahatlıq yaradıb. Açıq ərazidə yığılan zibillərin həşərat və gəmiricilərin yayılması üçün də əlverişli şərait yarada biləcəyi bildirilir.

Şabranın bəzi ərazilərində, xüsusilə dəmiryolunun ətrafında tullantıların yandırıldığı da qeyd olunur. Plastik və digər məişət tullantılarının yandırılması zamanı ətrafa tüstü və kəskin qoxu yayıldığı bildirilir.

Vətəndaşlar hesab edirlər ki, problemin həlli yalnız ərazilərə zibil qablarının qoyulması ilə məhdudlaşmamalıdır. Onların fikrincə, tullantıların vaxtında daşınması, küçələrin mütəmadi təmizlənməsi və nəzarətin gücləndirilməsi vacibdir.

Şabran sakinləri aidiyyəti qurumlardan şəhərin mərkəzi küçələrində yaranmış vəziyyətə müdaxilə etməyi və təmizlik işlərini gücləndirməyi xahiş edirlər.


Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:45

Şabranda qazın verilişi müvəqqəti dayandırılacaq

Hadisə
Bu gün, 15:10

Siyəzəndə narkotacirlərə qarşı ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı

Cəmiyyət
Bu gün, 14:10

Bir müəllim, iki sinif: Qaxda 1-ci və 3-cü siniflər birləşdirildi

Cəmiyyət
Bu gün, 13:27

Nakam eşq, Qubadan səhnəyə uzanan yol: Əməkdar artistin doğum günüdür

Cəmiyyət
Bu gün, 12:40

Şəkidə Qudula kəndini yenidən su basıb – sakinlər kömək istəyir

Cəmiyyət
Bu gün, 11:30

Şimalın şəhid müəllimləri – 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Bu gün, 10:40

Şimalda təhsil işçiləri təltif edili

Cəmiyyət
Bu gün, 10:02

Qusarlı Prezident mükafatçısı Sərxan Ağadadaşov evlənib

Cəmiyyət
Bu gün, 09:20

Oğuzlu şəhidin oğlu: "Atamla qürur duyuram"

Cəmiyyət
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Cəmiyyət
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 9-cu günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 14:33

Qubada avtomobilin vurduğu məktəbli Bakıda vəfat edib

Hadisə
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 8-ci günü - Cəbrayıl azaddır

Cəmiyyət
03 oktyabr 2026, 18:00

Qaxda yağış yağanda küçə suya qərq olur

Hadisə
03 oktyabr 2026, 17:00

Xaçmazda dam söküldü, mənzil su altında qaldı -"Allahın işidir" deyib məsuliyyətdən yayındılar

Cəmiyyət
03 oktyabr 2026, 16:00

Güclü yağışların Zaqatalada yaratdığı problemlərlə bağlı tədbir görülür

Hadisə
03 oktyabr 2026, 15:00

Quba-Xınalıq yolunda sürüşmə: hərəkət dayandı

Hadisə
03 oktyabr 2026, 14:26

Şimalda körpülərin acı mənzərəsi: təhlükə və gecikən müdaxilələr

Cəmiyyət
03 oktyabr 2026, 13:00

Sabah dağlıq ərazilərə qar yağacaq

Cəmiyyət
03 oktyabr 2026, 12:00

Hava kəskin dəyişdi: Qar və leysan

Cəmiyyət
03 oktyabr 2026, 11:00

Qubaya qar yağıb

Oxşar xəbərlər