Quba-Xaçmaz yolunda avtomobilin vurduğu 8-ci sinif şagirdi aldığı ağır xəsarətlərdən sonra Bakıda dünyasını dəyişib.
Shimal.News xəbər verir ki, sentyabrın 30-da Quba rayonunun Bəhrəli (Timiryazev) kəndi ərazisində avtomobilin vurduğu 2013-cü il təvəllüdlü Gülay Şöhrət qızı Pirmuradova müalicə üçün Bakıya aparılıb.
Alekseyevka kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olan Gülay evdən dərsə gedərkən Quba-Xaçmaz avtomobil yolunu keçmək istəyərkən "Opel" markalı avtomobil tərəfindən vurulub.
Qəzadan sonra o, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə olan şagirdin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, TƏBİB-in hadisə ilə bağlı əvvəlki açıqlamasında şagirdə açıq kəllə-beyin travması, baş-beynin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozlarının qoyulduğu bildirilmişdi.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.