top
Xaçmazlı Vugi növbəti dəfə Yaponiyada döyüşəcək
25 avqust 2026, 14:59
- ↺ +

Xaçmazlı "Vugi" növbəti dəfə Yaponiyada döyüşəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xaçmazlı MMA döyüşçüsü Vüqar Kərəmov ("Vugi") yenidən Yaponiyanın nüfuzlu Rizin turnirində qəfəsə çıxmağa hazırlaşır. Sentyabrın 10-da keçiriləcək qarşılaşmada onun rəqibi yerli döyüşçü Ryo Takagi olacaq. Kərəmov üçün bu görüş təkcə növbəti döyüş deyil, həm də Rizin səhnəsində mövqeyini daha da möhkəmləndirmək və ilin sonunda çempionluq kəməri uğrunda döyüşə bir addım da yaxınlaşmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Dağıstanda keçirdiyi məşq toplanışından Vətənə qayıdan Kərəmov hazırda döyüşə son hazırlıqları görür və çəki salma prosesini davam etdirir.

Müsahibəsində Kərəmov qarşılaşmaya hazırlığından, Ryo Takaginin üstün cəhətlərindən və Rizin turnirində qarşısına qoyduğu hədəflərdən danışıb.

– Ryo Takagi ilə döyüşə hazırlığınız necə gedir?

– Şükürlər olsun, hazırlıq yüksək səviyyədə davam edir. Məşq toplanışımın bir hissəsini Dağıstanda keçirdim və artıq Vətənə qayıtmışam. Hazırda çəki salma prosesindəyəm, pəhriz saxlayıram. Ümumilikdə həm bərpa, həm də məşq prosesi çox yaxşı gedir.

– Rəqibinizi necə xarakterizə edərdiniz? Onun əsas üstünlüyü nədədir?

– Takagi daha çox ayaqüstü döyüşə üstünlük verir. Güləş texnikasından çox istifadə etmir, əsasən əl və ayaq zərbələrinə güvənən döyüşçüdür.

– Qarşılaşmada hansı taktikanı tətbiq etməyi planlaşdırırsınız?

– Taktikam son saniyəyədək mübarizə aparmaqdır. Allahın köməyi ilə fürsət yaranan kimi rəqibi ağrılı fəndlə təslim olmağa məcbur etməyə çalışacağam.

– Yaponiyada, Rizin turnirində döyüşmək sizin üçün nə ifadə edir?

– Rizin dünyanın ən nüfuzlu TOP-5 MMA təşkilatından biridir. Ona görə də burada döyüşmək, özümü sübut etmək və qələbə qazanmaq mənim üçün böyük fəxr və qürurdur.

– Bu qarşılaşmadan əsas gözləntiniz və hədəfiniz nədir?

– Əsas hədəfim sentyabrın 10-da keçiriləcək döyüşdə qalib gəlməkdir. Bundan sonra isə istəyirəm ki, ilin sonunda mənə çempionluq kəməri uğrunda döyüş imkanı verilsin. İnşallah, həmin qarşılaşmada da qələbə qazanaraq kəməri yenidən ölkəmizə gətirmək istəyirəm.



Mənbə: İdman.Biz

Son xəbərlər

Hadisə
Bu gün, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
Dünən, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Cəmiyyət
Dünən, 17:30

Qubada günlərdir palçıqlı su gəlir: "Bu suyu heyvanlar belə içməz"

Cəmiyyət
Dünən, 16:30

Qusarda bünövrəsi qoyulan körpünün tikintisi nə vaxt başa çatacaq?

Hadisə
Dünən, 15:30

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb

Cəmiyyət
Dünən, 14:35

Xaçmazın mərkəzində yamaqlı, çala-çuxurlu yol

Cəmiyyət
Dünən, 13:38

Qubada məktəblilər arasında atıcılıq yarışı keçirilib

Hadisə
Dünən, 12:45

İsmayıllıda nasaz avtomobil sürücünün həyatına son qoydu

Cəmiyyət
Dünən, 11:46

Qusar məktəbi 3 vəzifə üzrə işçi axtarır

Cəmiyyət
Dünən, 10:50

Şimallı qəhrəman şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 10:04

Qubada 29 yaşlı kişinin meyiti tapıldı - iki ay əvvəl evlənmişdi

Cəmiyyət
Dünən, 09:06

Qəbələdə bu yolda asfalt yox, çuxur və gölməçə var

Cəmiyyət
Dünən, 00:05

Füzulinin işğaldan azad olunmasından 6 il ötür

Hadisə
Dünən, 00:03

Gəncənin 5-ci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 21-ci günü: XRONİKA

Cəmiyyət
16 oktyabr 2026, 21:11

Qusarda selin dağıtdığı yolda bərpa işləri aparılır

Cəmiyyət
16 oktyabr 2026, 20:24

Anar Bayramov 5 rayonun sakinlərini qəbul edib

Hadisə
16 oktyabr 2026, 20:11

Ödənişli yolda yük maşını aşıb, bir nəfər ölüb

Cəmiyyət
16 oktyabr 2026, 18:00

Nazir: Hədəf kəndlərdə həyat səviyyəsinin yüksəldilməsidir"

Hadisə
16 oktyabr 2026, 17:27

Xaçmazın "məşhur" kəsişməsində növbəti qəza: avtomobil darvazaya çırpıldı

Cəmiyyət
16 oktyabr 2026, 17:00

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Cəmiyyət
16 oktyabr 2026, 16:00

Babək Ramaldanovun anım günüdür

Oxşar xəbərlər