Mayın 30-u Xaçmaz rayonunda Gənclər və İdman Nazirliyinin 30 illik yubileyi münasibəti ilə tədbir təşkil olunacaq. Bu barədə ShimalNews 29 may tarixində məlumat verir.
Tel bulağı ərazisində “Quba - İdman Paytaxtı 2024” çərçivəsində atletika idman növü üzrə Bakı şəhər və regional gənclər və idman idarələrinin əməkdaşları arasında kros qaçışı keçiriləcək.