Xaçmazda futbol üzrə şimal birinciliyinin qrup oyunları keçirilib. Bu haqda ShimalNews 21 may tarixində məlumat verir.
Milli Qəhrəman Yavər Şahbazovun və şəhidlərimizin xatirəsinə həsr edilən birincilik Qoçaqlı kənd stadionunda baş tutub. Qrup oyunları çərçivəsində keçən 3 matçın nəticələrini təqdim edirik:
Qadaşoba – Qoçaqlı 2:1;
Xanoba – Qımılqışlaq 0:3;
Yeni Həyat – İstisu 1:1.
Qadaşoba – Qoçaqlı oyununu 3 mindən çox azarkeş izləyib.