Xaçmazda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir baş tutub. Bu haqda ShimalNews 4 iyun tarixində məlumat verir.
3 iyun - Ümumdünya Velosiped Günü ilə əlaqədar 55 nəfər həvəskar velosipedçi Heydər Əliyev Mərkəzindən yürüş edib. Onları hərəkət boyu Dövlət Yol Polisi əməkdaşları və Təcili Tibbi Yardım briqadası müşayiət edib.