Xaçmazda “Məktəblilərin respublika çempionatı"nın zona birinciliyi keçirilib. Bu haqda ShimalNews 29 aprel tarixində məlumat verir.
Sərbəst və yunan-Roma güləşi üzrə yarış Olimpiya İdman Kompleksində baş tutub. Birincilik 2010-2012-ci il təvəllüdlü oğlanlar arasında 11 müxtəlif çəki dərəcəsində təşkil edilib. Xaçmaz sərbəst güləşçilərindən Ömər Həsənzadə (41 kq) və Turqut Əhmədov (52 kq) II yeri, Cahid Hüseynov (85 kq) isə I yeri tutaraq final mərhələsinə vəsiqə qazanıblar. Daha bir güləşçi Həsən Sahibov (35 kq) III yerin sahibi olub.