Sumqayıt şəhərində keçirilən "Şahin" hərbi idman oyunlarında Xaçmaz komandası ən yüksək nəticə göstərib. Bu haqda ShimalNews 4 may tarixində məlumat verir.
Qiymətləndirməyə əsasən, 2-ci yerdə Şabran, 3-cü yerdə isə Sumqayıt komandaları qərarlaşıb.
Oyun ərzində əsasnaməyə uyğun olaraq, iştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronların doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər.
Bu il yarışmanın final mərhələsi "Gənclər Paytaxtı" Lənkəran şəhərində keçiriləcək.