Region Liqasının yarımfinal mərhələsində Xaçmazın "Şimal" FK komandası Qazaxın "Göyəzən" komandası ilə qarşılaşıb. Bu haqda ShimalNews 13 may tarixində məlumat verir.
Bakı "Asko Arena"da keçirilən görüş 2:0 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Nəticədə “Şimal” FK finala vəsiqə qazanıb.
Hər iki topu rəqib qapısından Şahlar Sədiyev keçirib.