Xaçmaz rayonunda kunq-fu üzrə açıq turnir keçirilib. Bu haqda ShimalNews 21 may tarixində məlumat verir.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında yarış "Əhməd" İdman Klubunda baş tutub. Turnirdə 80 idmançı iştirak edib. "Əhməd" Fayt Klub (Xaçmaz) 1-ci yerə, "Əhməd" Fayt Klub (Bakı) 2-ci yerə, "Əhməd" Fayt Klub (Quba) 3-cü yerə layiq görülüb.
Daha sonra Xaçmaz UGİŞM-in karateçiləri nümunəvi çıxışlar, Xudat Folklor Evinin yeniyetmə rəqqasları rəqs nömrələri nümayiş ediblər.
Qaliblər Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplom və medalları ilə təltif ediliblər.