Bakı şəhərində keçirilmiş cüdo idman növü üzrə ölkə birinciliyində xaçmazlı idmançı bürünc medal qazanıb. Bu haqda ShimalNews 5 iyun tarixində məlumat verir.
U-15 kiçik yeniyetmələrin fərdi və komandalar arası yarışmasında Xaçmaz UGİŞM-in yetirməsi Leyla Yarməmmədova 40 kq çəki dərəcəsində III yeri tutmuşdur.