Quba, Qusar, Xaçmaz və Şabran rayonundan olan şagirdlər basketbol turnirində iştirak ediblər. Bu barədə ShimalNews 7 noyabr tarixində məlumat verir.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev, Xaçmaz Təhsil Sektorunun müdiri İnqilab Musayev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Xaçmaz Rayon Komitəsinin rəisi Yaşar Abbasov qonaq olublar.
Gərgin keçən yarışda Qusar komandası 1-ci, Şabran komandası 2-ci, Xaçmaz komandası isə 3-cü yerdə qərarlaşıblar.