Qusar Olimpiya İdman Kompleksində şimal bölgəsi üzrə kikboksinq birinciliyi keçirilib. Bu barədə ShimalNews 30 aprel tarixində məlumat verir.
Yarış “Quba – İdman Paytaxtı 2024” çərçivəsində Gənclər və İdman İdarəsinin, Kikboksinq Federasiyasının, Qusar Olimpiya İdman Kompleksinin və “Şahdağ-Quba” İdman Klubunun birgə təşkilatçılığı ilə baş tutub. Burada 170 nəfər idmançı iştirak edib. Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.