top
Şimalın məşqçisi: Əsas hədəfimiz Birinci Liqada qalmaqdır
Müsahi̇bə
22 avqust 2026, 14:40
- +

"Şimal"ın məşqçisi: "Əsas hədəfimiz Birinci Liqada qalmaqdır"

"Yeni mövsüm üçün məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırda əsas diqqətimiz komandanın fiziki və taktiki hazırlığının artırılması, eyni zamanda heyətin komplektləşdirilməsidir".
Bu sözləri Birinci Liqa təmsilçisi "Şimal"ın məşqçisi Tural Cəlilov deyib.

Xaçmaz təmsilçisinin məşqçisi komandasının yeni mövsümə hazırlıq prosesi, heyətin komplektləşdirilməsi və qarşıya qoyulan hədəflərdən danışıb.

"Düşünürəm ki, bu mərhələdə təxminən 50-60 faiz hazırıq. Qarşıda hələ iki həftə vaxtımız var və bu müddətdən maksimum səmərəli istifadə etməyə çalışacağıq. Heyətə bir neçə futbolçunun da qoşulmasını gözləyirik. Həmin futbolçuların komandaya cəlb olunması ilə heyətin daha da güclənəcəyinə və rəqabətin artacağına inanırıq.

Yeni futbolçuların komandaya uyğunlaşması da vacib məsələlərdən biridir. Bunun üçün məşqlərlə yanaşı, yoldaşlıq görüşlərinə də xüsusi önəm veririk. Artıq bir neçə yoldaşlıq oyunu keçirmişik. Bu görüşlər bizə həm futbolçuların fiziki durumunu, həm də taktiki baxımdan hansı səviyyədə olduğumuzu qiymətləndirmək imkanı verir. Eyni zamanda çatışmazlıqlarımızı görür və üzərində işləməli olduğumuz məqamları müəyyənləşdiririk.

Qarşıdakı günlərdə də bu istiqamətdə çalışmalarımızı davam etdirəcəyik. Növbəti mövsüm üçün əsas hədəfimiz Birinci Liqada mövqeyimizi qorumaqdır. Bunun asan olmayacağını bilirik və bizi kifayət qədər çətin mövsüm gözləyir. Ancaq düzgün hazırlıq keçərək, bütün oyunlarda maksimum mübarizə apararaq məqsədimizə çatmağa çalışacağıq", - deyə o, Sport24.аz-a açıqlamasında bildirib.

Son xəbərlər

İdman
Bu gün, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Bu gün, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Bu gün, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Bu gün, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Bu gün, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Bu gün, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
Dünən, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
Dünən, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
Dünən, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
Dünən, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
Dünən, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
Dünən, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
Dünən, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
Dünən, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
Dünən, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
Dünən, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
Dünən, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
Dünən, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 07:00

Şimalda Bilik Günü: Məktəbdən başlayan yol dağ kəndlərindən gələcəyə uzanır

Cəmiyyət
14 sentyabr 2026, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
14 sentyabr 2026, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
14 sentyabr 2026, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
14 sentyabr 2026, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
14 sentyabr 2026, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

Oxşar xəbərlər