top
“Şimal” FK: Hədəfimiz yüksək pillələrdən birini tutmaq olacaq
29 may 2024, 16:40
- ↺ +

“Şimal” FK: Hədəfimiz yüksək pillələrdən birini tutmaq olacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

AFFA Region Liqasının son qalibi olan “Şimal” futbol klubunun prezidenti Qılman İbrahimov hədəflərdən danışıb. Bu haqda ShimalNews 29 may tarixində “Report”-a istinadən məlumat verir.

“I və II Liqanı izləmişəm. Demək olmaz ki, II Liqa Region Liqasından bir neçə dəfə üstündür. Müəyyən klublar var ki, fərqlənir. Məsələn, “Baku Sportinq”in II Liqa səviyyəsindən daha üstün olduğu görünürdü. 2-6-cı yerlərdəki komandaların isə demək olar, səviyyələri bərabər idi. Qalanları elə Region Liqasının öndə gedən klublarından heç də fərqlənmirdilər”, - deyə Q.İbrahimov deyib.

Klub rəsmisini ən çox narahat edən məqamlardan biri stadionlar olub: "Bəzi klubların stadionları çox bərbad haldadır. Ev oyunlarımızı Siyəzəndə keçirirdik. Qonaq komandaları qəbul edəndə xəcalət çəkirdim. Amma II Liqa komandalarının bəzilərinin meydanına baxanda düşünürdüm ki, Siyəzəndəki stadion standartlara daha çox uyğundur. İdeal futbol istəyən adam yaxşı şərait yaratmalıdır. Təəssüf ki, bu gün “Şəmkir”in, “Ağdaş”ın stadionları bərbad haldadır. Ümumiyyətlə, bu, Azərbaycan futbolunun yaralı yeridir”.

O, planlar haqqında da danışıb: “Region Liqasında nəticə qazandıq. Böyük ölçüdə heyətimizi saxlayacağıq. 2012-ci ildən bəri Region Liqasında ilk haldır ki, bir klubun heyəti təmsil etdiyi regiondan olan futbolçulardan ibarətdir. Yəni futbolçularımızın hamısı şimal bölgəsindəndir. Onlardan 19 nəfəri Xaçmaz, üçü Quba, beşi isə Qusardandır. II Liqa üçün maksimum 3, ya 4 futbolçu götürməyi nəzərdə tutmuşuq. Legioner almağı düşünmürük. Premyer Liqa klublarının əvəzedicilərində çıxış edən futbolçularımız var. Qış fasiləsində futbolçularımızdan Tofiq Nəsibov “Turan Tovuz”a transfer olunmuşdu. Bundan əlavə, “Səbail”də, “Sabah”da oyunçularımız var ki, komandaya qayıda bilərlər. Danışıqlar aparmışıq, cavab gözləyirik. Bunun üçün həm də maliyyə imkanlarımızı nəzərdən keçirməliyik. Çempionluğa iddia etmək bir qədər təkəbbürlülük olardı. İlk “altılığ”a rahat düşə bilərik”.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
Bu gün, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
Bu gün, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
Bu gün, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
Bu gün, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
Bu gün, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
Bu gün, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
Bu gün, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Oxşar xəbərlər