Xaçmaz, Quba və Siyəzən rayonundan olan 100 nəfərədək gənc arasında cüdo üzrə şimal zona birinciliyi keçirilib. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.
Xaçmaz Olimpiya İdman Kompleksində 10-12 yaş qrupunda 8 çəki dərəcəsində oğlanlar və qızlar mübarizə aparıblar.
Gərgin yarış şəraitində azarkeşlər dəstəklərini əsirqəməyiblər. Yekunda komanda hesabında daha yüksək nəticə göstərənlər aşağıdakı kimi sıralanmışdır:
1-ci yer - Xaçmaz;
2-ci yer - Siyəzən;
3-cü yer - Quba.
Qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif edilmişlər. Çempionatın final mərhələsi 8-10 iyun 2024-cü il tarixlərdə Bakı şəhərində keçiriləcəkdir.