Şamaxıda karpfişinq üzrə Azərbaycan çempionatı keçiriləcək.
Shimal.News xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və "Bakı" Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq.
4-6 sentyabr tarixlərində Çuxuryurd kəndində yerləşən eyniadlı göldə keçiriləcək turnirdə iştirakçılar müəyyən edilmiş qaydalar əsasında mübarizə aparacaqlar.
Yarışın sonunda ən yaxşı nəticə göstərən idmançılar müəyyənləşəcək və qaliblər medal və mükafatlarla təltif olunacaqlar.
Qeyd edək ki, karpfişinq əsasən sazan balığının xüsusi üsullarla ovlanmasına əsaslanan idman növüdür. Burada nəticəyə balıqçının texniki hazırlığı, taktiki düşüncəsi və səbrinin də böyük təsiri var.