Misli Premyer Liqasının IV turunda keçiriləcək "Kəpəz" – "Şamaxı" qarşılaşmasına maraq böyükdür.
Shimal.News xəbər verir ki, görüşə bir gün ərzində 4 mindən çox bilet satılıb. Bu barədə "Kəpəz" futbol klubu məlumat yayıb.
Qarşılaşma 4 sentyabr tarixində Gəncə şəhər stadionunda keçiriləcək. Oyun saat 20:15-də başlayacaq.
Hazırda turnir cədvəlində "Kəpəz" 3 xalla 7-ci, "Şamaxı" isə 2 xalla 9-cu pillədə qərarlaşıb.