top
Şahdağ Qusar – Zaqatala: Qonaq komandanın baş məşqçisi qələbə istəyir
02 oktyabr 2026, 17:59
- ↺ +

"Şahdağ Qusar" – "Zaqatala": Qonaq komandanın baş məşqçisi qələbə istəyir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rakif Əliyev 4-cü turun lideri ilə keçiriləcək oyunda heç-heçəni qənaətbəxş nəticə hesab etmir.

"Zaqatala" 1-ci Liqanın 4-cü turunda lider "Şahdağ Qusar"ın qonağı olacaq.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə sınaq matçı keçirməyən Zaqatala təmsilçisi sentyabrın 30-da keçirilən ikitərəfli oyunla kifayətlənib.

Qarşılaşma öncəsi "Zaqatala"nın baş məşqçisi Rakif Əliyev rəqib barədə fikirlərini bölüşüb.

Baş məşqçi "Şahdağ Qusar"ın oyununu təhlil etdiklərini bildirib:

"Şahdağ Qusar"ın güclü və zəif cəhətlərini özümüz üçün müəyyənləşdirmişik. Hücumda, müdafiədə, keçidlərdə necə oynadıqlarını, standart vəziyyətlərdən necə istifadə etdiklərini bilirik. Futbolçulara da bu barədə məlumat vermişik, necə oynamalı olduqlarını diqqətlərinə çatdırmışıq. Məşqlərimizi davam etdirir, matça səylə hazırlaşırıq".

Rakif Əliyevin sözlərinə görə, Qusar təmsilçisi həm hücumda, həm də müdafiədə bir neçə oyun variantına malikdir:

"Şahdağ Qusar" kombinasiyalı hücumlar etməyi bacaran, istər cinahlardan, istərsə də mərkəzdən uğurlu həmlələr qura bilən kollektivdir. Rəqib bir yox, bir neçə variantda qol axtarışına çıxır. Eyni sözləri müdafiə xətti barədə də deyə bilərəm. Qarşılaşacağımız komandanın müdafiəsi də etibarlıdır. Bütün bunları futbolçulara izah etmişik. Hərçənd necə olacağını zaman göstərəcək".

"Şahdağ Qusar"ın gücünü nəzərə alaraq heç-heçənin yaxşı nəticə sayılıb-sayılmayacağı ilə bağlı suala isə baş məşqçi qələbə hədəfində olduqlarını deyib:

"Hər oyuna qələbə üçün çıxan məşqçilərdənəm. Heç-heçə mənim üçün heç vaxt yaxşı nəticə sayıla bilməz. Bu oyunda da hədəf qələbədir. İnanıram ki, futbolçularımız əllərindən gələni edəcəklər və 3 xal qazanacağıq".

Rakif Əliyev "Şahdağ Qusar"ın heyətində "Karvan-Yevlax"dakı qədər təcrübəli futbolçuların olmadığını, lakin komandanın daha döyüşkən olduğunu bildirib:

"İki döyüşkən kollektivin mübarizəsini izləyəcəyik. Kim daha yaxşı mübarizə aparsa, o da qalib gələcək".

Qeyd edək ki, "Şahdağ Qusar" – "Zaqatala" qarşılaşması oktyabrın 7-də Binə qəsəbə stadionunda keçiriləcək. Oyunun start fiti 15:30-da səsləndiriləcək.

Mənbə: Fanat.аz

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər