top
Qızlardan ibarət U-20 voleybol millimiz Qubada hazırlıq keçir
Bu gün, 12:30
- ↺ +

Qızlardan ibarət U-20 voleybol millimiz Qubada hazırlıq keçir

Milli komanda Avropa çempionatının 1-ci təsnifat mərhələsinə Qubada hazırlaşır.

Shimal.News xəbər verir ki, 20 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatına hazırlığı Qubada davam etdirir.

Komanda hazırlıq proqramına uyğun olaraq Qubada, UNEC klubunun idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi ilə keçirilən hazırlıq prosesində 20 və 16 yaşadək qızlardan ibarət komandaların üzvləri iştirak edir. Toplanışa ümumilikdə 33 voleybolçu cəlb olunub.

10 günlük Quba toplanışından sonra komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Daha sonra U-20 millisi hazırlığını ölkə xaricində davam etdirəcək və bir neçə yoxlama oyunu keçirəcək.

U-20 qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22-25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək.

Yarışda Azərbaycanla yanaşı, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və Gürcüstan milliləri iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:48

Qaxda 7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Bu gün, 11:15

Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlamalara başlanılıb

Cəmiyyət
Bu gün, 10:53

Şəkidə V Beynəlxalq Teatr Festivalı başlayıb

Cəmiyyət
Bu gün, 10:25

Şimalda iki rayonun bir dərdi – VİDEO

Hadisə
Bu gün, 10:16

Şəkidə dalaşanları ayırana "kəllə vurdular"

Cəmiyyət
Bu gün, 09:30

Nabranda 1 kilometrlik yola illərdir çarə tapılmır – VİDEO

Cəmiyyət
Bu gün, 09:00

Şabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 6-cı günü: XRONİKA

İdman
Dünən, 17:58

Vüqar Kərəmov: "Əsas istəyim UFC-də çıxış etməkdir"

Cəmiyyət
Dünən, 17:00

Şollar su kəmərinin başlanğıcında su problemi: sakinlər 10 aydır susuz qalıb

Cəmiyyət
Dünən, 16:15

Xaçmazın bir sıra kəndlərində qaz kəsiləcək

Hadisə
Dünən, 15:10

Zaqatalada zəlzələ olub

İdman
Dünən, 14:50

AFFA "Şəki"ni cərimələdi

Hadisə
Dünən, 14:10

Rusiya-Ukrayna müharibəsində həlak olan Zaqatala sakininin fotosu

Cəmiyyət
Dünən, 13:30

Yüksək dağlıq ərazilərə qar yağacaq

Hadisə
Dünən, 12:37

8 ay sonra eyni mənzərə: Xaçmazda qəbiristanlığı yenidən su basdı

Hadisə
Dünən, 11:40

Lahorda qusarlı qadının zorakılığa məruz qalması ilə bağlı daha bir şübhəli saxlanıldı

Cəmiyyət
Dünən, 10:40

Gələn həftə Drakonid meteor yağışı olacaq

Hadisə
Dünən, 09:45

Şamaxıdakı qəzanın şahidləri danışdı: "Gördüm ki, qəzaya uğrayan bibimdir"

Cəmiyyət
Dünən, 09:00

Qubada yüksək gərginlik elektrik xətti qorxu saçır

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 5-ci günü: XRONİKA

Cəmiyyət
30 sentyabr 2026, 18:15

Xaçmaz sakinlərinin nəzərinə: hazır sənədlər bu tarixlərdə veriləcək

İqtisadiyyat
30 sentyabr 2026, 17:40

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Oxşar xəbərlər