top
Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarını ziyarət ediblər
Foto
02 oktyabr 2026, 13:42
- ↺ +

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarını ziyarət ediblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qəbələ Uşaq Reabilitasiya Mərkəzində yerləşdirilən ukraynalı uşaqlar və gənclər şəhərin tarixi abidələri ilə tanış olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gələn ukraynalı uşaqlar və gənclər Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzində olublar.

Qonaqlar əvvəlcə Arxeoloji Mərkəzin sərgi salonlarına baxıblar. Onlara ərazidə aparılan qazıntılar zamanı aşkar edilən tarixi və maddi-mədəniyyət nümunələri barədə məlumat verilib.

Daha sonra qonaqlar mərkəzin akt zalında olublar. Burada Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəz 2014-cü il sentyabrın 22-də Prezident İlham Əliyevin Qəbələyə səfəri zamanı rəsmi olaraq açılıb.

Tədbir zamanı "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" filmi nümayiş etdirilib. Ukraynalı uşaqların ifasında Ukraynanın Dövlət Himni səsləndirilib, qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Uşaqlar daha sonra qoruğun Səlbir və Qala arxeoloji ərazilərinə baş çəkiblər. Burada aparılan qazıntılar zamanı aşkar edilmiş ictimai bina qalıqları, təsərrüfat quyuları, ocaq yerləri, su xətləri və digər tarixi tapıntılar barədə məlumat verilib. Qonaqlar həmçinin qədim qala divarlarına baxıblar.

Səfərin sonunda qonaqlar üçün çay süfrəsi təşkil olunub və xatirə şəkilləri çəkilib. Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.

Mənbə: Azərtac

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər