Qusarın su təchizatı sistemlərinin yenilənməsi həyata keçiriləcək.
Shimal.News xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti artıq hazırlıqlara başlayıb.
İlkin mərhələdə Yeni Həyat, Samur qəsəbələri və Çiləgir kəndinin su təchizatı sistemlərinin yaxşılaşdırılması üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.