Güclü külək və yağış Xaçmazın elektrik xətlərində nasazlıq yaradıb.
Məlumata görə, səhər saat 08:30 radələrindən etibarən rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. 10-dan artıq kənddə bir neçə saatdır elektrik təminatı dayandırılıb.
Hazırda "Azərişıq" ASC-nin Xaçmaz və Xudat elektrik şəbəkələrinin qəza briqadaları ərazilərdə bərpa işləri aparır.
Mənbə: Bizim.Media