top
Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub
Bu gün, 15:30
- ↺ +

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Ukraynalı uşaqlar hazırda Agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində üçün xüsusi proqramlara cəlb edilib.

10 günlük proqram çərçivəsində uşaqlar tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunur. Onlar müxtəlif qruplar halında və dərnəklər şəkilində təlimlərdə iştirak edirlər.

Rəsm dərnəyində məşğul olan Anastasiya deyir ki, artıq iki gündür füsunkar təbiəti olan Qəbələdə dincəlir. Onların istirahəti, müalicələri üçün bütün şərait yaradılıb.

Ukraynalı uşaqların qrup rəhbəri Svetlana Kaliniçenki deyir ki, mərkəzdə proqram çərçivəsində uşaqlar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri keçirilir. Habelə uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər reabilitasiya xidmətlərindən yararlanırlar.

Səhər təlimi və idman hərəkətləri başa çatandan sonra uşaqlar "Qəbələnd" istirahət mərkəzinə yollanır. Geniş ərazidə müxtəlif oyunların, əyləncəli attraksionların olduğu bu mərkəzdə ukraynalı uşaqlar əyləncəli vaxt keçirirlər.

Yannislə söhbət edirik. Deyir ki, müharibə zonasında yaşayırlar. Hər gün silah səsləri eşitmək, dronları görmək bizim üçün çətindir. Bu mənada Qəbələdə dincəlmək əsl terapiyadır. Yannis əlavə edir ki, müharibə şəraitində yaşadıqları bir neçə ildən sonra burada fərqli, sakit gecələr keçirir, dostlarla yaxşı əylənirlər. "Bu günlər xatirəmizdə həyatımızın ən yaxşı günləri kimi qalacaq", - deyə o fikrini tamamlayır.

Yannisin yaxın dostu Nikolay da söhbətimizə qoşulur: "Azərbaycan dövləti biz ukraynalı uşaqları, xüsusən də müharibə zonasında yaşayanları, belə bir humanist addımı ilə çox sevindirib. Biz səhər tezdən reabilitasiya mərkəzində psixoloqlar tərəfindən təlimlərə cəlb olunuruq. Daha sonra maraqlı əyləncəli oyunlar, yarışlar təşkil edilir. Qəbələnin tarixi məkanlarına da baş çəkmişik".

Digər qrup rəhbəri İnna Nazarenko qısa müddətdə uşaqların psixoloji problemlərinin aradan qalxdığını, özlərini tam rahat hiss etdiklərini, axşamlar rahat yatdıqlarını bildirir. "Qrupumuzda Xerson və Xarkov vilayətlərindən gələn uşaqlar var. Onlar illərdir ki, müharibə şəraitində yaşayırlar. Belə çətin şəraitdən sonra Qəbələ Uşaq Reabilitasiya Mərkəzində belə dincəlmək, müalicələrə cəlb olunmaq inanılmazdır. Burada təbiətin gözəlliyinə söz ola bilməz. Dağlar da bu gözəlliyə başqa bir möhtəşəmlik qatır. Burada hər kəsə xüsusi diqqətlə yanaşılır. Biz bu diqqət və qayğını unutmayacaq", - deyə İnna bildirir.

Ukraynalı uşaqların Şəki və Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının təşkili də nəzərdə tutulub.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

 

Mənbə: Azərtac

Son xəbərlər

Hadisə
Bu gün, 16:05

"Şirvangöl" şadlıq sarayında saxta araq verilirmiş

Cəmiyyət
Bu gün, 14:55

Xaçmazda 10-dan çox kənd işıqsız qalıb

İdman
Bu gün, 14:30

Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq

Cəmiyyət
Bu gün, 13:42

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarını ziyarət ediblər

Hadisə
Bu gün, 13:16

Şəkidə dalaşanları ayırana "kəllə vurdular"

İdman
Bu gün, 12:30

Qızlardan ibarət U-20 voleybol millimiz Qubada hazırlıq keçir

Cəmiyyət
Bu gün, 11:48

Qaxda 7 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Bu gün, 11:15

Quba Rayon Mərkəzi Xəstəxanasında yoxlamalara başlanılıb

Cəmiyyət
Bu gün, 10:53

Şəkidə V Beynəlxalq Teatr Festivalı başlayıb

Cəmiyyət
Bu gün, 10:25

Şimalda iki rayonun bir dərdi – VİDEO

Hadisə
Bu gün, 10:16

Şəkidə dalaşanları ayırana "kəllə vurdular"

Cəmiyyət
Bu gün, 09:30

Nabranda 1 kilometrlik yola illərdir çarə tapılmır – VİDEO

Cəmiyyət
Bu gün, 09:00

Şabranda bu məktəbin şagirdləri məktəbə velosipedlə gedib-gəlirlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 6-cı günü: XRONİKA

İdman
Dünən, 17:58

Vüqar Kərəmov: "Əsas istəyim UFC-də çıxış etməkdir"

Cəmiyyət
Dünən, 17:00

Şollar su kəmərinin başlanğıcında su problemi: sakinlər 10 aydır susuz qalıb

Cəmiyyət
Dünən, 16:15

Xaçmazın bir sıra kəndlərində qaz kəsiləcək

Hadisə
Dünən, 15:10

Zaqatalada zəlzələ olub

İdman
Dünən, 14:50

AFFA "Şəki"ni cərimələdi

Hadisə
Dünən, 14:10

Rusiya-Ukrayna müharibəsində həlak olan Zaqatala sakininin fotosu

Cəmiyyət
Dünən, 13:30

Yüksək dağlıq ərazilərə qar yağacaq

Hadisə
Dünən, 12:37

8 ay sonra eyni mənzərə: Xaçmazda qəbiristanlığı yenidən su basdı

Hadisə
Dünən, 11:40

Lahorda qusarlı qadının zorakılığa məruz qalması ilə bağlı daha bir şübhəli saxlanıldı

Oxşar xəbərlər