top
Vüqar Kərəmov: Əsas istəyim UFC-də çıxış etməkdir
01 oktyabr 2026, 17:58
- ↺ +

Vüqar Kərəmov: "Əsas istəyim UFC-də çıxış etməkdir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Əsas məsələ bu son döyüşü qazanmaqdır. Çünki uduzduğun halda UFC-nin səni heyətinə cəlb etməsi çətin olur".

Bunu azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov gələcək karyerası, "Super RIZIN 5" turniri və UFC-yə keçid ehtimalı barədə danışarkən deyib.

34 yaşlı idmançımız dekabrda keçiriləcək "Super RIZIN 5" turnirindəki qarşılaşmanın detallarını və kəmər uğrunda mübarizə şansını dəyərləndirib:

"Yaponiyanın nüfuzlu "Super RIZIN 5" turnirində ilin sonuna qədər döyüş keçirməyimlə bağlı müqaviləm var. Qarşılaşmanın dekabrın sonlarında keçirilməsi planlaşdırılır. Vaxtın az qalmasına baxmayaraq, rəqibim hələ müəyyənləşməyib. Bu döyüşüm kəmər uğrunda olmayacaq. Çünki həmin turnirdə yapon və qırğızıstanlı idmançılar kəmər uğrunda üz-üzə gələcəklər. Mən isə kəmərə namizəd kimi mübarizə aparacam. Yəni qarşılaşmada qalib gəlsəm, növbəti mərhələdə kəmər uğrunda döyüşmək şansı əldə edəcəm".

V.Kərəmov "RIZIN"lə müqavilə bitdikdən sonra başqa təşkilatlardan, xüsusən də UFC-dən gələn təkliflərin nəzərdən keçiriləcəyini vurğulayıb:

"Döyüşdən sonra hansı addımı atacağımız hələ tam bəlli deyil. UFC ilə də danışıqlar aparmışıq. İlk növbədə bu döyüşü qazanmalıyam. Bundan sonra gələn təklifləri dəyərləndirəcəyik. Məsələn, "RIZIN" də bizə daha yaxşı təklif verə bilər. Buna da baxacaq və məsləhətləşəcəyik. Amma çox güman ki, danışıqlar apardığımız təşkilatlar arasında UFC də olacaq. Mənim əsas istəyim də UFC-də çıxış etməkdir. İnşallah, dekabrda keçiriləcək döyüşdən sonra hər şey daha aydın olacaq".

Qeyd edək ki, Vüqar Kərəmov ötən ay "Super RIZIN 5" turniri çərçivəsində 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşıb. Azərbaycan təmsilçisi üç raund davam edən döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hakimlər görüşü 29:28, 30:27, 30:27 hesabları ilə Kərəmovun xeyrinə qiymətləndiriblər.

Xatırladaq ki, Vüqar Kərəmov 2023-cü ildə Mikuru Asakuranı məğlub edərək "RIZIN"in 66 kq çəki dərəcəsində çempionluq kəmərini qazanıb. Həmin il Çihiro Suzukiyə məğlub olaraq titulunu itirib.

Mənbə: İdman.Biz

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
Dünən, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Cəmiyyət
10 oktyabr 2026, 14:56

Şimalda qar yağıb

Cəmiyyət
10 oktyabr 2026, 13:31

Qubada şəhidlərin xatirəsinə bulaq inşa edilib

Faydalı
10 oktyabr 2026, 11:19

Quba, Şəki, Zaqatala və Balakən məhkəmələrinə yeni hakimlər təyin edilib

İdman
10 oktyabr 2026, 10:40

Film kimi: Qusarlı cüdoçu atanın rəqibi oğlunun müəllimi oldu

Hadisə
10 oktyabr 2026, 10:30

Zaqatalada "VAZ 2106" elektrik dirəyinə çırpılıb

Cəmiyyət
10 oktyabr 2026, 09:37

Qəbələnin girişində zibillər yenə qalaqlandı: Eyni problem, eyni mənzərə

Cəmiyyət
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Cəmiyyət
09 oktyabr 2026, 18:10

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Hadisə
09 oktyabr 2026, 17:43

Qubada kişi geyiminə görə arvadını BOĞDU

Hadisə
09 oktyabr 2026, 17:30

Xaçmazda yağış əvəzinə mərmər bağacığı "yağır"

Hadisə
09 oktyabr 2026, 16:51

Şimali Kiprdə saxlanılan şimallıların həbs müddəti uzadıldı

Hadisə
09 oktyabr 2026, 16:33

Şəkidə avtomobil yandı

Cəmiyyət
09 oktyabr 2026, 16:25

Məktəblərdə geyim formalarına dair MONİTORİNQLƏR KEÇİRİLƏCƏK

Hadisə
09 oktyabr 2026, 15:30

İsmayıllılı qazi vəfat edib

Cəmiyyət
09 oktyabr 2026, 14:46

Bu yolda sürətin azaldılması üçün tədbirlər görüb

Cəmiyyət
09 oktyabr 2026, 13:59

Şabran RİH-də 5 kadr təyinatı olub

İdman
09 oktyabr 2026, 13:22

"Şahdağ Qusar"ın azarkeşləri üçün Bakıya avtobus ayrılıb

Hadisə
09 oktyabr 2026, 12:21

Ağsuda 4 hektara yaxın meşəlik ərazi yanıb

Oxşar xəbərlər