“Şahdağ Qusar” futbol klubunun yarımmüdafiəçisi zədələnib. Bu haqda ShimalNews 24 oktyabr tarixində kluba istinadən məlumat verir.
Bu gün Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən oyundan öncə isinmə hərəkətləri edən zaman İlqar Hüseynov zədə alıb. Onu əsas heyətdə Ruslan Ağalarov əvəz edib.