Qusar İdman Olimpiya Kompleksində “Şahin” hərbi idman oyunları üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 15 aprel tarixində məlumat verir.
Burada rayon üzrə 22 təhsil müəssisəsini təmsil edən komanda qələbə uğrunda mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, şəhər 1 saylı tam orta məktəbin komandası ən yüksək xalla I, şəhər 2 saylı məktəbin komandası II, Aşağı Ləgər kənd tam orta məktəbin komandası isə III yerlərə layiq görülüb.