Qusarda şagirdlər arasında üzgüçülük yarışı keçirilib. Bu haqda ShimalNews 21 may tarixində məlumat verir.
"Üzməyi öyrənək" layihəsi çərçivəsində 1-5-ci sinif şagirdləri arasında baş tutan birincilik Qusar Olimpiya İdman Kompleksində təşkil edilib. 30 idmançının iştirak etdiyi yarışların keçirilməsində məqsəd bu idman növünə marağının artırılması və rayonda inkişaf etdirilməsidir.
Sonda qaliblər Gənclər və İdman Nazirliyinin müvafiq dərəcəli diplomları ilə mükafatlandırılıblar.