Qusarda yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.
“Rekord.az”ın məlumatına görə, yarış Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qusar şəhər güləş zalında baş tutub.
Ümimilkdə 50 nəfər gənc güləşçi mübarizə aparıb. Sonda qalibləri Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və Qusar rayonu üzrə gənclər və idman sektoru tərəfindən medallarla mükafatlandırılıb.