Əslən Qusardan olan veteran cüdoçu “Şöhrət” ordeni ilə mükafatlandırılıb. Bu barədə ShimalNews 4 oktyabr tarixində xəbər verir.
Prezident İlham Əliyev Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Sərəncam imzalayıb. Sərəncama əsasən, Əhməddin Rəcəbli Azərbaycan cüdosunun inkişafında xidmətlərinə görə orden ilə təltif olunub.