Qusar OİK-nın güləşçisi Azərbaycan çempionatında 3-cü yerə sahib olub. Bu haqda ShimalNews 8 iyun tarixində məlumat verir.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda yunan-Roma güləş növü üzrə Məktəblilərin Respublika çempionatı keçirilib. Burada məşqçi Mehman Babayevin rəhbərliyi altında Emil Aydınbəyov 62 kq çəki dərəcəsində bürünc medal qazanıb.