Qusar Olimpiya İdman Kompleksinin yunan-Roma güləşi üzrə komandası turnirlərdə uğurla çıxış edib. Bu barədə ShimalNews 28 noyabr tarixində məlumat verir.
Yeniyetmə pəhləvanımız Məcnun Babayev 48 kq çəki dərəcəsində Biləsuvarda qızıl medal qazanıb. Yarış Vətən müharibəsi şəhidi Babək Mahmudlunun xatirəsinə həsr olunub.
Daha bir güləşçimiz Teymur Hacıyev 68 kq çəkidə bürünc medala layiq görülüb. O, Sumqayıt şəhərində gücünü sınayıb.