Qusarın bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyi davam edir. Bu haqda ShimalNews 28 may tarixində məlumat verir.
Növbəti oyunlar Köhnə Xudat kənd futbol meydançasında keçirilib. Piral - Bədişqala komandalarının qarşılaşması 5:1, Gündüzqala - Sudur oba komandalarının qarşılaşması isə 3:1 hesabı ilə bitib.
Yarış həftə ərzində hər gün keçirilir.