Qusardan olan kikboksçular Bakıda keçirilən yarışda 6 medal qazanıblar. Bu haqda ShimalNews 25 oktyabr tarixində məlumat verir.
Şəhid Əli Seyidovun xatirəsinə həsr olunmuş klublararası turnirdə Olimpiya Kompleksinin idmançıları qüvvələrini sınayıblar. Yarışda Şirzad Abbasov, Abdul Cavadov, Kərim Ağamətov, Şahin Rüstəmli qızıl, Nicat Muradov gümüş, Musabəy Məhsimov isə bürünc medala yiyələniblər.
Mükafatçılar Elşən Şükürovun yetirmələridir.